COVID pasportu olmayan 212 nəfər toya buraxılmadı

COVID pasportu olmayan 212 nəfər toya buraxılmadı

Fevralın 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 240 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən SİA-ya veriloən məlumata görə, monitorinq 238 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 212 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə