Su çərşənbəsi ilə bağlı şəhər sakinlərinin münasibətləri - SORĞU

Su çərşənbəsi ilə bağlı şəhər sakinlərinin münasibətləri - SORĞU

Bir sıra xalqlar yazın gəlişini təbiətin canlanması ilə əlaqələndirir, bu münasibətlərlə şənliklər keçirir, yazın gəlişini bayram edirlər. Qədim zamanlardan başlayaraq bir çox ölkələrdə, həmçinin Azərbaycanda yazın gəlişi bayram kimi qeyd edilir. Novruz bayramı xalqımızın qədim bayramlarındandır. Novruz bayramının simvolu olaraq hər il səməni cücərdilir. Novruz bayramının özünəməxsus adət-ənənələri var. Bu bayramda küsülülər barışır, cübrəcür sirniyyatlar bişirilir, yumurta toqquşdurulur və s. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Ona görə hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Birinci çərşənb su çərşənbəsidir. Görəsən şəhər sakinlərinin su çərşənbəsi ilə bağlı fikirləri nələrdir. SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Mahirə Abdullayeva: "Arzu edirəm ki, bahar hər kəsin həyatına təsir etsin. Novruz bayramı bizim sevərək qeyd etdiyimiz bayramlardandır. Cürbəcür şirniyyatlar bişirilir, papaq atılıq, tonqal qalanır. Çox əyləncəli bayramdır. Su çərşənbəsində süfrəyə su qoyulmalıdır".

Şəhər sakini Fərhad Eyyubov: "Su çərşənbəsi dörd çərşənbənin birincisidir. Ona Əzəl çərşənbə də deyirlər. İnsanlarda ruh yüksəkliyi yaranır. Eyni zamanda insanlarla təbiət paraleldirlər. Təbiətlə insanlar eyni zamanda yaza hazırlaşırlar. Bu nöqteyi nəzərdən insanda gözəl əhval-ruhiyyə yaranır. Hər bir ölkənin özünəməxsus bayramları var. Novruz bayramı bizim milli bayramımızdır. Hər bir bayrama insanlar öncədən hazır olmalıdır. Bu çərşənbələr də Novruz bayramına hazırlığın nümunəsidir".

Şəhər sakini Səfayət Qəhrəmanova: "Su çərşənbəsində süfrəyə səməni ilə yanaşı su qoyulur. Dərdi, qəmi olan dərdini suya danışır ki, su bütün dərdi qəmi aparsın. Şəkərbura, paxlava bişirirlər. Su çərşənbəsi yazın gəlişindən xəbər verən ilk çərşənbədir".

Şəhər sakini Mirxanım Abbasova: "Novruz bayramı bizim milli bayramımızdır, Qədim zamanlardan bu bayramı qeyd edirik. Dörd çərşənbədən sonra Novruz bayramını qeyd edirlər. Birinci çərşənbə su çərşənbəsidir. Bu çərşənbədə buzlar əriyir. Qışın qarı yavaş-yavaş əriyir".

Şəhər sakini Sima Bağırova: "Novruz bayramı yazın gəlişindən xəbər verir. Təbiət yavaş-yavaş canlanmağa başlayır. Elimizə, obamıza bahar gəlir. Mən su çərşənbəsi münasibəti ilə xalqımızı təbrik edirəm. Süfrələri ruzili, bərəkətli olsun".

Şəhər sakini Rəfiqə Muradova: " Novruz bayramı baharın bayramıdır. Hamının sevdiyi bayramlardandır. Bu bayramda küsülülər barışır. Süfrələr bəzənir. Küsülülər barışır. Novruz bayramı çox gözəl bayramdır. Ocaq qalanır, uşaqlar tonqaldan tullanırlar".

Şəhər sakini Natiq Mirzəyev: "Novruz bayramının artıq birinci çərşənbəsidir. Su çərşənbəsi zamanı süfrələrə su qoyulur. Su mənbələri təmizlənir. Su üstündən tullanırlar ki, azarları, bezarları, il boyu yaşadıqları xəstəliklər həmin su ilə bərabər axıb getsin".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə