Kompyuter oyunlarının psixoloji ZƏRƏRLƏRİ NƏDİR? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ
"Bu gün kompyuter oyunları uşaqlarımızda həyəcan yaradan vasitələrdən birinə çevrilib. Təbiidir ki, bu cür oyunlar insanların psixologiyalarına düzgün nüfuz etmir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

Onun sözlərinə görə, hətta evdə belə oyun oynanıla biləcək vasitələr olmadıqda uşaqlar daha rahat olur, psixologiyaları da müsbət yöndə inkişaf edir: “Lakin nəzərə almalıyıq ki, hazırda evdə bu cür texnoloji avadanlıqları olmayan uşaqlar oyun oynamaq üçün internet klublara müraciət edirlər. Onlar məktəb, sinif otağından qaçıb, canlarını qurtararaq özlərini oyun başında tapırlar. Təbii ki, bu oyun saatları da bəzən bir neçə saat davam edir. Bu isə uşaqlar üçün hər bir cəhətdən olduqca zərərlidir. Xüsusilə də hazırda oynanılan bir çox oyunlar psixoloji olaraq uşaqları gərginlik altına salır. Bu cür psixologiyaya mənfi təsir göstərən oyunlar isə gələcəkdə onlarda davranış pozuntuları ilə nəticələnir. Davranış pozuntuları isə yeniyetmələr arasında zorakılıq hallarının artması ilə nəticələnir. Yəni 20-25 il əvvəllə bugünü müqayisə etdikdə də zorakılıq hallarının nə qədər artdığının şahidi oluruq. Bu proses istər oğlan, istərsə də qızlar arasında təzahür edir. Əlbəttə ki, bu kimi bir çox problemlərin də qarşısında psixologiyaya zərərli kompyuter oyunları dayanır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB