Heydər Əliyev Fondu tərəfindən həyata keçiriln növbəti xeyriyyə aksiyası
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təkcə ölkəmizdə deyil, dünya miqyasında da müxtəlif humanitar tədbirlər həyata keçirən bir Beynəlxalq humanitar təşkilat kimi böyük nüfuz qazanmışdır.
Bu günlərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstan Respublikasının Sofiya şəhərində COVİD-19 pandemiyası əleyhinə həyata keçirilən beynəlxalq səylərə dəsdək qismində bu şəhərdə yerləşən “Həkimlərin İxtisaslaşması və Təkmilləşdirilməsi İnstitutu – Tsaritsa Yoanna xəstəxanası”na Almaniya istehsalı olan 10 ədəd oksigen konsentratoru aparatı (ağciyərlərin süni havalandırma aparatları) təqdim edilib. Bu xeyriyyə addımı COVID-19 pandemiyası ilə qlobal mübarizəni dəstəkləmək üçün Azərbaycanın həyata keçirdiyi növbəti beynəlxalq həmrəylik tədbiridir.
Bu addımın COVID-19 pandemiyası ilə əlaqədar Bolqarıstanda yaşanan hazırkı kritik şəraitdə koronavirus infeksiyasına yoluxmuş insanların həyatının qorunması və onlara daha keyfiyyətli tibbi xidmətin göstərilməsi baxımından olduqca vaxtında atılan və təqdirəlayiq bir addımdır. Qeyd etmək lazımdır ki, bundan əvvəl Heydər Əliyev Fondu tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası üzrə böyük bir layihə icra olunmuşdur. Bu tədbirin həyata keçirilməsi eyni zamanda göstərir ki, Azərbaycanla Bolqarıstan arasında çoxtərəfli əməkdaşlıq əlaqələri yüksək səviyyədədir.
Rauf Əliyev, Milli Məclisin deputatı,
Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qurupunun rəhbəri,
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB