Özünüməşğulluq proqramı üzrə bir çox şəxslər üçün kiçik bizneslər yaradılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi ötən həftə də davam edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həftə ərzində paytaxt və regionlarda daha 406 işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim edilməklə onlar üçün kiçik bizneslər yaradılıb.
Onların mühüm hissəsini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları təşkil edir.
Bu ilin əvvəlindən proqram çərçivəsində ümumilikdə 1200-dək işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB