Məktəbdə şagirdlərə telefon verilməlidirmi? - ŞƏHƏR SAKİNLƏRİ ARASINDA SORĞU
Mobil telefonlardan günümüzün çox hissəsində istifadə edirik. Böyüklər kimi uşaqlar da telefonlardan asılı hala düşüblər. İndiki dövrdə telefon əlaqə qurmaq üçün olduqca vacibdir, lakin ondan istifadə etmək bütün günümüzü ziyan edir. Həm işimizdən, həm də dərslərimizdən bizi yayındırır. Bəzi valideynlər məktəbdə övladlarından nigaran qaldıqları üçün onlara telefon verirlər. Amma bəzi uşaqlar məktəbdə dərsi dinləmək əvəzinə həmin telefonlarla oynayırlar. Məktəblərə şagirdlərin telefonla gəlməsi qadağan olsa da bəzi valideynlər buna məhəl qoymur, övladlarına telefon verirlər. Bəs görəsən şagirdlərə telefonun verilməsi nə dərəcədə düzgündür? SİA olaraq şəhər səkinləri arasında sorğu keçirdik:
Şəhər sakini Aynur Səfərova: “Düşünürəm ki, uşaqlara telefon vermək düzgün deyil. Məktəbdə dərsi dinləmək əvəzinə telefonla oynayırlar. Ümumiyyətlə telefon uşaqların təhsilinə mane olur. Mən istəmərəm ki, uşaqlar təhsildən yayınsın”.
Şəhər sakini Abbas İsmayılov: “Mənim fikrimcə, uşaqlara telefon vermək lazım deyil. Onları darslərdən yayındırırlar. Başları qarışır. Bütün günü telefonla oynayırlar. Bütün vaxtlarını alır”.
Şəhər sakini Eldara Əliyeva: “Mənim nəvələrimin biri 5-ci sinifdə, o biri də 4-cü sinifdə oxuyur. İkisinin də telefonu var. Biz narahat oluruq deyə telefon vermişik. Amma məktəbdə dərs zamanı müəllimlər istifadə etməyə icazə vermirlər. Ona görə də narahat deyiləm, uşaqlar dərslərindən yayınmırlar. Mən müsbət qarşılayıram”.
Şəhər sakini Taleh Hüseynov: “Uşaqlara mobil telefonlarının verilməsinə münasibətim müsbətdir. Mobil telefon sadəcə oyun oynamaq üçün deyil. Mobil telefonlardan məlumat əldə etmək üçün də istifadə edə bilərlər”.
Şəhər sakini Sədaqət Nəzərova: “Məncə, lazım deyil. Çünki uşaq məktəbə təhsil almağa gedir. Telefonla oynamağa getmir. Valideyn uşağa telefon verməməlidir. Uşaqlar telefona həvəsli olurlar. Məktəbə telefon aparan uşaqlar dərsə qulaq asmırlar. Hətta dərslərə belə cavab vermirlər".
Şəhər sakini Yalçın Əlizadə: “Mənim də 8 yaşında övladım var. İstəyir, amma mən almıram. Uşaqları dərslərindən yayındırır. Sosial şəbəkələrə girirlər. Uşaqların tərbiyəsi pozulur. Təhsil Nazirliyi də məktəblərdə şagirdlərin telefondan istifadəsinə qadağa qoyub. Amma bəzi məktəblərdə uşaqlar telefonla məktəbə gedirlər”.
Şəhər sakini Günel Əzizməmmədova: “Uşaqların yaşından asılı olaraq telefonlar verilməlidir. Mən uşaqlara telefonun verilməsinə qarşı deyiləm. Amma dəstəkləmirəm də. Elə telefon vermək lazımdır ki, ancaq zəng etmək olsun. Mütləq deyil ki, ən son model mobil telefonla məktəbə getsinlər. Əsas odu ki, əlaqə qurmaq olsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB