Ölkəmiz və xalqımız üçün önəmli hadisə...

Ölkəmiz və xalqımız üçün önəmli hadisə...

Azərbaycan Respublikasının Birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, böyük xeyriyyəçi Mehriban xanım Əliyevanın həm də 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ölkəmiz və xalqımız üçün çox önəmli hadisə idi.

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun gələcəyi, taleyi əmin əllərdədir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Azərbaycan xalqının inkişafı, maddi rifahı üçün əlindən gələni edir.

Mehriban xanım hələ vitse-prezident seçilməmişdən əvvəl də Azərbaycan xalqının inkişafı, yaxşı yaşayışı üçün çalışmışdır. Ancaq 2017-ci ildə daha yeni imkanlar yarandı. Uşaqdan böyüyə, hər kəs bilir ki, Mehriban xanım həmişə millətin mənafeyi üçün çalışmış, hər yerdə xalqın nümayəndəsi kimi çıxış etmişdir. Ehtiyacı olanların, xəstələrin, kasıbların ümid yeri olmuşdur. Vətən və xalq naminə fədakarlıq, Azərbaycanın inkişafına yönələn planlar, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi ənənələrə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət birbaşa bu xanımın adı ilə bağlıdır.

Mehriban xanım həmişə şəhid və qazi ailələrinə,məcburi köçkünlərə, sağlamlıq ikmanları məhdud insanlara dəstək olmuşdur.

Mehriban xanım Azərbaycan xalqının ən böyük təəssübkeşlərindəndir. O, dünyada Azərbaycan qadınının qürurverici, məğrur simasıdır. Bir sözlə, həm gərgin, həm də çoxşaxəli fəaliyyət sferası ilə tanınmış xeyriyyəçidir.

Mehriban xanım 2017-ci ildə vitse-prezidenti kimi ilk çıxışında demişdir: "Mən sizi əmin edirəm ki, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam".

Doğrudan da, artıq neçə ildir ki, bu amalla irəliləyir.

Sima Abbasova, Masallı rayonu Mahmudavar kənd orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə