Baş Prokurorluq Müdafiə Nazirliyinin sabiq idarə rəisinin saxlanılmasını təsdiqlədi
Baş Prokurorluq Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlunun saxlanılması xəbərini təsdiqləyib.
SİA-nın məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Məlikməmməd Qurbanov 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB