Marketlərdə satılan endirimli məhsullar təhlükəlidirmi? - AİB SƏDRİ AYDINLIQ GƏTİRDİ
"Hər bir ərzaq malı elə bir şəraitdə saxlanıla bilər ki, o təhlükəli vəziyyətə gələ bilər. Lakin o demək deyil ki, mal endirimə düşübsə, bu təhlükəlidir". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, istehsalçı və ya satıcı malın pis şəraitdə saxlanıldığını gördükdə həmin malı endirimli qiymətlərlə satışa çıxarır: "Ümumilikdə endirimli məhsullar və ya endirimə düşməyən mallar təhlükəli ola bilər. Bu sahədə ən ciddi məsələ İran dükanları şəbəkəsində mövcuddur. İran dükanlar şəbəkəsində satılan ərzaq mallarının demək olar ki, hamısı fars əlifbası ilə markalanıb. Daha sonra məlum olub ki, həmin məhsulların müddətindən xeyli vaxt keçib. Milli dilimizdə markalanmayan məhsulların böyük hissəsi "Sədərək" Ticarət Mərkəzindədir. Bu baxımdan Azad İstehlakçılar Birliyi bu günlərdə kampaniyaya başlayacaq. Bu kampaniyada İran dükanlar şəbəkəsində satılan, vaxtı keçmiş malların yığışdırılması ilə bağlı kampaniya aparacaq. Bu istiqamətdə Azad İstehlakçılar Birliyi bir sıra işlər görür".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB