Paytaxtda ağaclar budanır və yuyulur FOTO

Paytaxtda ağaclar budanır və yuyulur FOTO

Qarşıdan gələn yaz mövsümü ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindənpaytaxtın müxtəlif ərazilərində yeni ağaclar, kollar əkilir, movcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, əsas magistral yol və prospektlərin kənarlarındakı iynəyarpaq və həmişəyaşıl ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqları budanır, prospekt və küçələrin kənarlarında yeni mövsümi güllər və kollar əkilir, şəhərə yeni gözəllik verilir.

Bu işlərin mövsümün sonunadək paytaxtın bütün rayonlarında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə