Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. FHN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, təlimin keçirilməsində məqsəd nəqliyyat qəzaları zamanı deformasiyaya uğrayan avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı səmərəli idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlimdə xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı avtomobildə baş vermiş “yanğın” söndürülüb, deformasiyaya uğramış avtomobildən “zərərçəkmiş” xilas edilərək təxirəsalınmaz ilkin tibbi yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB