İsmayıllıda qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib

İsmayıllıda qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib

İsmayıllıda qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən şəhər ərazisində profilaktik tədbirlər həyata keçirilib.

SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, küçələrdə natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və xüsusilə də pandemiyanın yayıldığı bir zamanda qida məhsullarının antisanitar şəraitdə satılmasının düzgün olmadığı izah edilib. Müəyyənləşdirilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyi onların diqqətinə çatdırılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə