Azərbaycan xalqının başı çox bəlalar çəkmişdir. Mənfur qonşuları tərəfindən hər zaman müsibətlər yaşamışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş, əliyalın insanlara qarşı soyqırımı törətmişlər. Yüzlərlə günahsız azərbaycanlının qanına girmişlər. Qoca, qadın, uşaq demədən amansızca işgəncələr verərək onları qətlə yetirmişlər. Cənab Prezident İlham Əliyev Xocalı soyqırımının 30 illiyi ilə bağlı sərəncam imzalamışdır. Bu sərəncam Xocalı soyqırımını dünyaya tanıtmaq, onu tarixə həkk etmək üçün mühüm əhəmiyyət kəsb edir. Bəs görəsən 30 il əvvəl erməni terrorçularının törətdiyi Xocalı faciəsi haqqında şəhər sakinlərinın təəssüratları nədir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik.
Şəhər sakini Rəhilə Xəlilova: “Xocalı faciəsi hər bir azərbaycanlı kimi mənim üçün də ən dəhşətli gündür. Mən bu faciəni heç vaxt unuda bilmərəm. Xocalı faciəsi zamanı mənim qardaşım ağır döyüşlərdə olmuşdur. Günahsız millətimizə qarşı dəhşətli faciə törətmişlər. Biz xalq olaraq bunu unutmamalıyıq. Onlar çox xəyanətkar bir millətdir”.
Şəhər sakini Ülviyyə İmanova: “Xocalı faciəsində çəkilən kadrlar bütün dünyaya göstərilməlidir. Bu facisə nə dövlətimiz, nə də dünya tərəfindən yaddan çıxarılmamalıdır. Bu barədə bizim bir çox filmlər çəkilib, kitablar yazılıb. Ermənilər hər zaman bizi günahkar qismində təqdim ediblər. Buna görə də, biz bunun həqiqət olmadığını və əsl faktları bütün dünya birliklərinə göstərməliyik. Çünki bu bizim qan yaddaşımızdır, tariximizdir”.
Şəhər sakini Banu Abdiyeva: “Xocalı faciəsi bizim tariximizdə 20 Yanvar qətliamı kimi qanla yazılan ən böyük fəlakətdir. Heç vaxt bu hadisəni unutmaq olmaz. Bir Azərbaycanlı kimi onlara nifrət edirəm. Hətta deyərdim ki, harda erməni görsəm boğub öldürə bilərəm. Çünki onlar bizim millətimizi çox böyük amansızlıqla qətlə yetiriblər. Onlar cinayətkar, xəyanətkar və qəddar bir millətdir”.
Şəhər sakini Sulduz Rəhimov: “Xocalı faciəsi elə bir dəhşətli faciə və hadisədir ki, ömür boyu bunu unutmaq olmaz. İndiyənə kimi o vandalların bizim millətimizə etdiklərini unuda bilmirəm və unutmayacağam. Bildiyiniz kimi bəzi fikirlər dolaşır ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Mən deyərdim ki, onlar elə alçaqdırlar ki, bizim torpağımıza yenidən qayıtsalar, illər keçsə belə onlar yenə Xocalı faciəsi kimi terror əməllər törədəcəklər”.
Şəhər sakini Hüsniyyə Rəhimova: “ Mən bu hadisələrlə barışa bilmirəm. Bir şəhərin yox olması, orada qətliam törədilməsi ağlasığmazdır. Bütün dünya bu vəhşiliyi tanımalıdır. Azərbaycan xalqı da bunu unutmamalıdır. Bu bir cəmiyyətin bilə-bilə kökünün yox edilməsi üçün təxribatdır”.
Şəhər sakini Gülnaz Əliyeva: “Azərbaycan xalqının başına gələn ən amansız qətliamlardan biridir. Qəddar düşmən uşağa, qocaya baxmadan, aman diləyənə rəhm etmədən hər kəsi qətlə yetirmişlər".
Şəhər sakini Kamran Haydayev: “Günahsız körpələri, hamilə qadınları, qoca qadınları, qoca kişiləri vəhşicəsinə qətlə yetirən şəxslərə insan demək olmaz. Onlar qaniçən canidirlər. Xocalı soyqırımı bizim nyaralı yerimizdir. Allah xalqımızı var eləsin. Allah bir də bizim xalqımıza bu cür acılar yaşatmasın”.
Şəhər sakini İlahə Musayeva: “Xocalı faciə bütün xalqımızın travmasıdır. Biz bu hadisələri bütün dünyaya hər zaman çatdırmalı və aktual saxlamalıyıq. Çünki hamı bilməlidir ki, onlar necə vəhşi, amansız və mundar bir canidirlər. Onlar bizim insanlarımızın başına min bir bəlalar gətiriblər. Təbii ki, bunları Azərbaycan qanı daşıyan hər bir kəs unutmamalı və unutdurmamalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB