Pəhriz saxlamaq niyə bu qədər bahalıdır? -FOTOREPORTAJ

Pəhriz saxlamaq niyə bu qədər bahalıdır? -FOTOREPORTAJ

Qidanın köməyi ilə canlı bir orqanizmin həyatı və sağlamlığını qorumaq, həyatı fəaliyyətin fizioloji proseslərinin normal gedişatını qorumaq üçün canlı orqanizmlər tərəfindən qidanın udulması prosesi, xüsusən enerji tədarükünü artırmaq, böyümə və inkişaf proseslərini həyata keçirmək, maddələr mübadiləsinin ayrılmaz bir hissəsi kimi qəbul edilir. Heyvanlar və digər heterotrof orqanizmlər yaşamaq üçün yeməlidirlər. Onların pəhrizi və qida maddələrinin udulması prosesi mənsub olduqları bioloji sinifdən asılıdır. İnsanlarda və heyvanlarda qidalanma adi gündəlik fəaliyyətdir.
Lakin hazırda bir çox insanlar artıq çəki və piylənmədən əziyyət çəkirlər. Buna görə də çox zaman pəhriz saxlamaq məcburiyyətində qalırlar. Lakin hər kəsə məlumdur ki, dietik qidalar digər qidalara nisbətən daha baha olur.


Bu mövzunu araşdırmaq üçün paytaxtda yerləşən marketlərdən birinə müraciət etdik.
Marketdən bizə verilən məlumata görə isə dietik məhsulların demək olar ki, hər biri xaricdən gəlir. Qiymətlərinin nisbətən baha olması da bununla əlaqədardır.

Lakin baha olsa da, alış səviyyəsinin normal olduğu da bildirildi.
Məsələ ilə bağlı mütəxəssis fikrini də öyrənməyə çalışdıq.
“Dietik məhsulların baha olması, sadəcə, biznes hiylələridir. Dietik məhsul anlayışı olmamalıdır”. Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, dietik məhsul dedikdə biz sağlam qidaları düşünməliyik: “Bura isə daha çox meyvə-tərəvəz və qatqısız qidalar daxildir. Paketlənmiş məhsullar dedikdə rəf ömrü az olan qidalardan söhbət gedir. Bir çox məshullar var ki, bunlar şəkərsiz arıqladıcı məhsul adı altında satılırsa, deməli, müəyyən istehsalçı qurumların biznes marağı çərçivəsində istehsal etdiyi maddələrdir. Əgər qida şəkərsizdirsə, onun tərkibində aspartan və yaxud digər kimyəvi qatqı maddələri var ki, bunlar isə insan orqanizminə daha da zərərlidir. Orqanizmdə həzm olunmur, qaraciyər və böyrəkdə xəstəliklərə səbəb olur. Müəyyən çaylar var ki, onlar da dietik məhsul adı altında satılır. Sadəcə, istehlakçılar onun bitki tərkibli olduğunu düşünsələr də hormonal balansı pozacaq və yaxud əzələ kütləsini məhv edəcək kimyəvi maddələrdən istifadə edilir. Bu da insanların qısa müddət ərzində arıqlamalarına səbəb olur. Ümumiyyətlə, sağlamlıq üçün bu kimi məhsullardan istifadə edilməməlidir. Bəzən olur ki, çörək məhsulları əvəzinə paketlənmiş suxarilərdən istifadə edilir ki, bunların tərkibindəki müəyyən maddələr nəticəsində də aludəçilik yaranır. Buna görə də düzgün şəkildə lifli, təbii qidalardan istifadə etmək lazımdır. Eyni zamanda, gün ərzində lazımi qədər su içməklə də daha normal pəhriz saxlamaq və çəkini normada saxlamaq olar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə