Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin qiyməti AÇIQLANDI
Bakı Şəhər Halqası (BŞH) 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start verir.
BŞH-dan SİA-ya verilən məlumata görə, 10-12 iyun 2022-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına fevral ayının 22-dən etibarən start verilir.
Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azərkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 AZN, üç günlük tribuna biletləri 280 - 970 AZN, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 AZN aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB