“Nəcib Jurnalistlər” Xocalı faciəsi barədə Baltikyanı KİV-ləri məlumatlandıracaq

“Nəcib Jurnalistlər” Xocalı faciəsi barədə Baltikyanı KİV-ləri məlumatlandıracaq

“Nəcib Jurnalistlər” İctimai Birliyi, Xocalı soyqırımının 30 illiyi ilə bağlı bir sıra tədbirlər keçirəcək. Yeni yaradılmış jurnalist təşkilatının rəhbəri Mətləb Salahov jurnalistlərə açıqlamasında qeyd edib ki, bəşər tarixi və insanlıq adına ən böyük qanlı ləkə sayılan Xocalı soyqırımının dünya ictimaiyyəti arasında tanıdılması üçün tədbirlərə start veriləcək: Biz dünyanın nüfuzlu KİV-lərinə Xocalı faciəsi barədə tarixi faktları çatdırmaq, dünya ictimaiyyətini bu məsələdə əsaslı və qərəzsiz məlumatlarla təmin etmək üçün artıq işlərə başlamışıq. Biz Baltikyanı ölkələrin KİV-ləri ilə əlaqələr yaratmışıq və Xocalı qətliamı barədə foto faktlar və qısa məlumatları onlara göndərəcəyik. Xüsusilə Xocalıda məhv edilən qadın və uşaqlar barədə məlumatlar qabarıq şəkildə Baltikyanı ölkələrin aparıcı KİV-lərinə göndəriləcək. Biz də Azərbaycan vətəndaşı olaraq haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün var gücümüzlə çalışacayıq.”-deyə M.Salahov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə