Cəmiyyətdə hüquqi bilikləri artırmaq lazımdır

Cəmiyyətdə hüquqi bilikləri artırmaq lazımdır

“Azərbaycanda gündəlik istifadə olunan hüquq sözü Qərbdə insanların gündəlik hərəkət davranışlarında müəyyən hüquq normalarını bilmək termini ilə eyniləşdirilir”. Bu sözləri SİA-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri, vəkil Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, hüquqla bağlı müəyyən məlumatlar elə birinci sinifdən tədris olunmalıdır: “Paralel olaraq hüquqla yanaşı insanların vəzifələrini bilmələri də vacibdir. Hüquqları tələb etməklə yanaşı, vəzifələri də düzgün yerinə yetirmək lazımdır. Əks halda bu məhsuliyyət yaradır. Bununla belə hər kəs ən sadə formada belə olsa qanunları bilməlidir. Çünki qanunları bilmədən pozmaq məhsuliyyətdən azad etmir.
Orta məktəblərdə yuxarı siniflərdə bununla bağlı dərslər keçirilir. Lakin Ali məktəblərdə də bu proses davam etdirilməlidir. Hətta nəzərə alsaq ki, orta məktəbi bitirdikdən sonra hər kəs təhsilini davam etdirmir. Buna görə də iş yerlərində, televiziyalarda maarifləndirmə işləri aparılmalıdır.
Bir çox ölkələrdə xüsusi proqramlar var. Həm uşaqlar, həm orta yaşlı şəxslər, həm də yaşlı insanlar üçün bu proqramlar fəaliyyət göstərir. Hətta beynəlxalq təşkilatların xüsusi uşaqlara hüquqlarını öyrənməkdə kömək olacaq, şəkilli kitabçalar hazırlayırlar. Müxtəlif üsullardan istifadə edərək, cəmiyyətdə hüquqi bilikləri artırmaq lazımdır. Əks halda hüquqi özbaşınalıq yarana bilər. Buna görə də hesab edirəm ki, müxtəlif üsullardan istifadə edilməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə