Bakının Neftçilər prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində bu gün saat 21:00-dan etibarən 17 fevral səhər saatlarınadək təmir işləri aparılacaq.
SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB