Ötən il yol qəzası törədən qadın sürücülərin sayı AÇIQLANIB

Ötən il yol qəzası törədən qadın sürücülərin sayı AÇIQLANIB

Ötən il yol qəzası törədən qadın sürücülərin sayı açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) SİA-ya bildirilib ki, 2021-ci il ərzində qadın sürücülər tərəfindən törədilən ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Həmin qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.

Ölümlə nəticələnən qəzalardan cəmi 1-i sürücülük təcrübəsi 10 ildən yuxarı olan qadın sürücü tərəfindən törədilmişdirsə, digər hadisələr sürücülük təcrübəsi 9 ilədək olan qadın sürücülərin təqsiri səbəbindən baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə