Respublika üzrə fevral ayının pensiya ödənişi bu gün tam yekunlaşıb

Respublika üzrə fevral ayının pensiya ödənişi bu gün tam yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrəfevral ayının pensiya ödənişini yekunlaşdırıb. SİA xəbər verir ki, fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeronrayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrindəyaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərləpensiya təyin edilmiş pensiyalar ödənilib.
Qeyd edək ki, 2022-ci ilin 1 yanvar tarixindən etibarəntətbiq olunan pensiya artımının yanvar ayı üçün olanartımı da fevral ayının pensiyası ilə birgə ödənilib.
Bundan başqa 2022-ci il üzrə verilməsi nəzərdə tutulan200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayının pensiyasının üzərinə əlavə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə