DSX helikopterinin qəzaya uğraması ilə bağlı cinayət işi yekunlaşmayıb
Ötən il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı istintaq davam etdirilir. SİA-nın məlumatına görə, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O qeyd edib ki, qəzanın pilotların səhlənkarlığı ucbatından baş verməsi müəyyən edilib.
"Cinayət işi çərçivəsində yol verilmiş digər qanun pozuntularının aşkarlanması əsas hədəfimizdir. Bu iş üzrə yekun qərar qəbul edilməyib", - deyə idarə rəisi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB