Smartfon və kompyuterləri virusdan necə qorumaq lazımdır? - DİQQƏT!

Smartfon və kompyuterləri virusdan necə qorumaq lazımdır? - DİQQƏT!

“Virus kompyuterin işində xətalara səbəb ola bilən ziyanverici proqramdır. Kompyuterin virusa yoluxması adətən etibarsız mənbələrdən (fləş daşıyıcılardan, reklam xarakterli saytlardan və s.) istifadə edən zaman baş verir". Bu sözləri SİA-ya açıqlamasında informatika müəllimi Rəşad Rəsulov bildirib.

Onun sözlərinə görə, internetdən endirilmiş və daxilində virus olan proqramı işə salmamaq tövsiyə olunur: “Bu proqramları əvvəlcədən antivirus proqramları ilə yoxlamaq lazımdır.
Proqramı CD diskdən quraşdırmaq daha etibarlıdır. Virusun olub-olmamasını yoxlamaq üçün diski əvvəlcədən antivirus proqramının köməyilə yoxlamaq olar.

Ümumiyyətlə, antivirus proqramlarından istifadə etmək tövsiyyə olunur. Əldə olunan faylları antivirus vasitəsilə skan etmək və təhlükəsiz olduğunu yoxlamaq lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə