Bu günlərdə kütləvi informasiya vasitələrində Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəsi Rafael Xəlilov, nazirliyin zabiti Vüsal Əlizadə , Nazirliyin Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, N saylı hərbi hissənin maliyə şöbəsinin rəisi Fərahim Sərkərov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə şübhəli qismində təqsirləndirilərək hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməsi barədə məlumatlar yayılmışdır.
Belə məlumatları eşidəndə insan çox təəsüf hisləri keçirir. Bundan qabaq da bu nazirlikdə belə hallar baş verib. Görsənən odur ki, Nazirlikdə maliyyə məsələlərinə nəzarət edən qurum öz vəzifəsini lazımı səviyyədə yerinə yetirmir. Bundan əlavə Müdafiə Nazirliyinin rəhbərliyində bu sahəyə cavabdeh olan şəxslər də bu sahəyə ciddi nəzarət etmirlər. Əgər bu sahəyə cavabdeh olan şəxslər, Müdafi Nazirliyinin rəhbərliyi maliyyə vəsaitlərinin xərclənməsinə ciddi nəzarəti həyata keçirtsəydilər milyonlarla dövət vəsaiti oğurlanmazdı. Ona görə də bu sahəyə cavabdeh olan vəzifəli şəxslər də məsuliyyət daşımalıdırlar
44 günlük Vətən müharibəsində Qəhrəman Ordumuzun ümumilikə, o cümlədən zabitlərimizin və əsgərlərimizin göstərdikləri qəhrəmanlıq nümunələri daima Azərbaycan xalqının yaddaşında qalacaqdır. Qeyd olnan xoşagəlməz hadisəni heç cürə başa düşmək olmur. Azərbaycan Silahlı Qüvvələri daima dövlətin qiqqət və qayğısı ilə əhatə olunub. Hər il Dövlət Büdcəsindən Silahlı Qüvvələrimizin ehtiyaclarının ödənilməsi üçün tələb olunan həcimdə maliyyə vəsaiti ayrılır. Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların aylıq əmək haqqlarının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Müharibədən sonrakı dövrdə Ordu quruculuğnun təkmilləşirilməsi, azad olmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirildiyi bir vaxtda bir-neçə zabit tərəfindən dövlət vəsaitini mənimsəməyə yönəlmiş bu cür hərəkətlərə ancaq xəyanət adı vermək olar. Buna yol verənlər öz layiqli cəzalarını almalıdırlar.
Rauf Əliyev, Milli Məclisin deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB