Yaşayış binalarına niyə qaz verilmir? - - KİMDİR MÜQƏSSİR - REPORTAJ

Yaşayış binalarına niyə qaz verilmir? - - KİMDİR MÜQƏSSİR - REPORTAJ

İnsanların ən zəruri sosial ehtiyaclarının və tələbatının düzgün müəyyən edilməsi vacib məsələlərdən biridir. Bu gün müasir dövrdə yaşamaq üçün hər bir insan müəyyən ehtiyacları ilə təmin olunmalıdır. Ehtiyac meyarının əsası isə qaz, işıq, və sudan ibarətdir. Bu gün hər bir vətəndaş bu ehtiyaclarla təmin olunmaqdadır. Lakin son günlər paytaxtın bəzi yaşayış binalarında qazın verilməməsi ilə bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olub. Xətai rayon Fəzail Bayramov küçəsindəki yeni yaşayış binasında 15 mənzilə qaz sayğacları qoyulsa da, qaz verilməyib.

SƏS TV olaraq məsələni araşdırmaq üçün həmin əraziyə yollandıq.

Şikayətçi Nazim Əliyev: “Binanın kommunal xərcləri üçün biz hər ay pul ödəyirik. Lakin ortada heçnə yoxdur. Buraya bir bisetka, oturacaq qoyulmayıb. Bəs, bütün bu pullar hara gedir? Mənzillərimizə qaz çəkə bilmirik. İnsanlar mənzillərini təmir etmək istəyirlər. Amma edə bilmirlər. Bizdən 1500 azn istəyirlər. Verməyəndə təmir etməyə qoymurlar. Qanunsuz şəkildə insanlardan pul yığırlar”.

Şikayətçi Rafiq Novruzov: “2011-ci ildə bu binadan mənzil almışam. Bəzi səbəblərə görə təmir edə bilməmişəm. Təmir edən zaman məndən MTK təmir pulu istədi. Amma müqavilədə belə bir şey yox idi. Müqavilədə qeyd olunmuşdu ki, qaz, işıq, su ilə təmin ediləcək. Amma təmin etmədilər. Binanın işığı yoxdur. İşıq Bakı Əyləncə Mərkəzindən çəkilib. Sakinlər yığışıb binaya lift qoyub. Bunların hamısını biz özümüz etmişik. Noyabrda dava qırğın ilə qaz sayğacı qoydurduq. Lakin 3 aydır qaz verilmir. Burada 15 mənzilə qaz verilmir. Bu səbəbdən mən kirayədə yaşayıram. Xahiş edirəm bizə kömək edərdiniz”.

Qazın verilməməsi problemi ilə bağlı həmin şikayətçilərin evinə yollandıq. Mənzillərdə qazən gəlib-gəlmədiyini yoxladıq. Nə qədər yoxlasaq da, həqiqətən də həmin mənzillərdə qaz gəlmir. Bundan əlavə bina demək olar ki, yarımçıq təmir olunub və vətəndaşlara bu cür təhvil verilib.

Məsələ ilə bağlı özünü binanın komendantı adlandıran şəxsin fikirlərinə öyrənməyə çalışdıq. Lakin binanln komendantı bizdəın qaçaraq uzaqlaşdı.

Daha sonra isə "Azəriqaz" İstehsalat Birliyinə yollandıq.

Mövzu ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev SƏS TV-yə bildirib ki, əvvəlcə Mənzil-tikinti kooperativi sahibləri qazlaşma ilə bağlı ASAN kommunala müraciət edərək texniki şərt almalıdır: “Bu texniki şərtin "Azəriqaz" İstehsalat Birliyi ödənişsiz olaraq MTK-lara təqdim edir. Bundan sonra MTK sahibləri lisenziyası olan podratçı şirkətlərlə anlaşaraq daxili qazlaşmanı həyata keçirir. Daxili qazlaşma həyata keçəndən sonra "Azəriqaz" İstehsalat Birliyinə yenidən müraciət olunur. "Azəriqaz" İB yenidən ödənişsiz olaraq həmin sakinləri sayğaclarla təmin edir. Bütün parametrlər nəzərə alındıqdan sonra "Azəriqaz" İB həmin binanın qazlaşma məsələsini gündəmə gətirir. Bununla bir neçə gün ərzində mənzillərin qazlaşması həyata keçirilir. Ümidvaram ki, MTK rəhbərliyi bütün prosesləri həyata keçirdikdən sonra "Azəriqaz" İB-lə vətəndaşları qarşı-qarşıya qoymamaq şərti ilə öz üzərinə düşən məsələləri həll edəcək".

Mənzillərdəki qaz problemi ilə bağlı həmin binanın aid olduğu MTK ilə əlaqə saxlamağa çalışdıq. Lakin zəngimizə cavab verən tapılmadı.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə