Kimlər internet problemi yaşayacaq?

Kimlər internet problemi yaşayacaq?

“Baktelecom” və “Aztelecom” açıqlayıb ki, internet problemi ancaq SDMA istifadəçilərinə aiddir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.

Onun sözlərinə görə, internet müəyyən məhdudluğun yaranması ancaq bu cür istifadəçiləri maraqlandırır: “Hiber optik, mobil və s. internet istifadəçiləri ilə bunun heç bir əlaqəsi yoxdu. Yalnız “Baktelecom” və “Aztelecom”-un məhdud sayda olan bir neçə min istifadəçisi internet və telefon ilə bağlı müəyyən problemlər yaşayacaqlar. Bunun da əsas səbəbi həmin stansiyada baş verəcək təmirlə əlaqədardır. Yəni digər internet istifadəçiləri bu problemlə rastlaşmayacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə