Gələcəkdə ən çox bu peşələrin sahibləri qazanacaq

Gələcəkdə ən çox bu peşələrin sahibləri qazanacaq

Dünyaca məşhur "Business Insider" saytı tərəfindən aparılan araşdırma nəticəsində ildə bir işçiyə azı 75 min dollar qazandıran ixtisasların adı açıqlanıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, "Business Insider" tərəfindən açıqlanan və ən gəlirli sahə hesab edilən həmin ixtisasları bitirən kadrlara qarşıdakı 10 ildə böyük tələbat yaranacaq.

Belə ki, gələcəkdə ən çox tələbat politoloqlara olacaq. Ən çox tələbat poitoloqlara olsa da, onlar illik olaraq 124 min 100 dollar qazanacaq. Fizika üzrə mütəxəssislərin daha çox qazanacağı proqnozlaşdırılıb.

Gələcəkdə ən çox bu kadrlara tələbat olacaq və onların illik maaşı belə proqnozlaşdırılıb:

Kimya üzrə mütəxəssislər - 92 min 280 dollar

İstiqamət, hərəkətlərin tədqiqi, öyrənilməsi üzrə mütəxəssislər - 114 min 820 dollar

Fizika üzrə mütəxəssislər - 137 min 700 dollar

Hidroloqlar - 90 min 150 dollar

Qida texnologiyası üzrə mütəxəssislər - 80 min 190 dollar

İqtisadiyyat üzrə ixtisaslaşan müəllimlər - 123 min 720 dollar

Biomühəndislər - 98 min 340 dollar

İqtisadçılar - 120 min 880 dollar

Statistika üzrə mütəxəssislər - 97 min 170 dollar

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com