DƏMX 600-dən çox işəgötürən tərəfindən müqavilələr bağlanmasını təmin edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta olunmalarına elektron sistem üzərindən nəzarəti davam etdirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, İcbari sığorta müqaviləsi olmayan işçilər üzrə işəgötürənlər müəyyən olunaraq onlara bu müqavilələri bağlamaları üçün “Əmək müqaviləsi bildirişi” altsistemində xəbərdarlıq məlumatları yerləşdirilib.
Həmçinin bu sahədə inzibati xəta halları aşkar olunan işəgötürənlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Görülən işlərin nəticəsi kimi son bir ildə 632 işəgötürən tərəfindən işçilərinin icbari sığorta olunmaları üçün müqavilələr bağlaması təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB