"Fobia qorxu deməkdir. Davamlı narahatlıq hissi yaradan bir simptomdur. Biz fobianın fərqinə varmırıq, amma fobia adətən qorxunun sürətli başlanmasına səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Könül Əhmədova bildirib.
Onun sözlərinə görə, təsir altına düşən şəxs bundan qaçmaq istəsə belə bir sıra problemlər yaşayır: “Fobialar spesifik, sosial, aqrofobiyalar və s. olmaqla müxtəlif qruplara bölünür. Heyvalardan, ətraf mühitdən, qandan, hər hansı bir yol qəzasından yaranan problemlərdir ki, həyatımızı zəpt etməyə başlayır və bizdə qorxunun əlamətlərini göstərməyə başlayır.
Su fobiası hidrofobia və ya atmofobia da adlanır. Alimlərin araşdırmalarına görə, böyüklərin təxminən 45%-i dərin hovuzdan qorxur. Dünya üzrə böyüklərin 65%-i isə açıq sulardan qorxur. Bəs bunun səbəbi nədir? Bunun səbəbi uşaqlıqda su ilə yaşadığı problemlərdən qaynaqlanır. Uşaq vaxtı dənizdə boğulma halı ilə qarşılaşıbsa, sudan çıxa bilməyibsə, bunlardan yaranan ağrılar həmin şəxsə psixoloji olaraq təsir edir və nəticədə bu halların təkrar yaşanacağından qorxur. Həmin hislər uzun illər insanın şüuraltında qalır, inkişaf etməyə başlayır. İstər istəməz həmin şəxslər su ilə təmas qurduqda bu qorxular yenidən ortaya çıxır və güclü çaxnaşmalar yaradır. Yəni su fobiası şəxlərin uşaqlıq zamanı su ilə bağlı aldığı travmalardan qaynaqlanır. Bəs bunun qarşısı necə alınmalıdır? İlk növbədə peşəkar təlimçilər lazımdır ki, həmin şəxs suyun yanında özünü təhlükəsizlikdə hiss etsin. Suya girərkən yanında birinin ölması həmin şəxsin qorxularını azaldır. Bu qorxularının üzərinə düşüb aradan qaldırmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB