2022-ci ilin yanvar ayında 1 200 kubmetrlik limit həcmini "Azəriqaz" abonentlərinin 97 %-i keçməyiblər. SİA-nın verdiyi xəbərə görə, bu fikirləri “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev qurumun inzibati binasında keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, keçən ay ay qazın istifadəsi ilə bağlı limiti keçən abonentlərin sayı 50 628 olub. Bu da ümumi "Azəriqaz" abonentlərinin 2,1 %-ini təşkil edib: "2022-ci ilin yanvar ayında 14 765 ədəd sayğac dəyişdirilib. Bunlardan 10 862-si mexaniki tipli sayğac, 3903-ü isə smart kartla ödənilən sayğacdır".
R. Əliyev həmçinin qeyd edib ki, 32 kənddə qazpaylayıcı xətlərinin çəkilməsinə başlanılıb. Həmin qaz xətlərinin ümumi uzunluğu 13 700 kilometr, regionlarda isə 12 700 kilometr
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB