“Arəziqaz” İstehsalat Birliyi bu ilin yanvar ayında 1milyard 183 milyon kubmetr qaz qəbul edib.
SİA-nın verdiyi xəbərə görə, bu fikirləri “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev qurumun inzibati binasında keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayı ilə müqayisədə bu il 102 milyon kubmetrdən artıq qaz ayrılmışdır. Həmçinin qəbul edilən təbii qazın əhali xətləri üzrə ötürülməsi 9 milyon kubmetr artıq olub.
R.Əliyev bildirib ki, qaz itkiləri 2021-ci ilin yanvar ayında 8,8% idisə, bu ilin yanvar ayında 6,3 %-dir. Yəni ötən ilə nisbətən 2,5 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB