İnsan psixoloji zərbələrdən necə qurtula bilər? - PSİXOLOQ AÇIQLADI
"Uşaqlıq illərində insanların aldığı travmalar gələcəkdə onların psixoloji problemlər yaşamasına səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
Onun sözlərinə görə, bu travmalar əsasən uşaqlıq illərində insanların bir-biri ilə münasibəti zamanı yaranır: "Bu da insanların gələcək həyatında müəyyən çətinliklər törədir. İnsanlar psixoloji problemlərinin əvvəlcə travma olduğunu başa düşməli və bunun bir problem olduğunu anlamalıdırlar. Daha sonra isə psixoloqa müraciət etməlidir. Müəyyən terapiyalarla psixoloqun travmanın hansı hadisə nəticəsində baş verdiyini öyrənərək ona uyğun terapiya növü seçərək pasiyenti müalicə edir. Travmalar müxtəlif cür olur. Travmalar insanların həyat tərzlərinə müxtəlif cür təsir edə bilər. Elə insanlar var ki, onlar travmaları olduqlarını qəbul etmək istəmirlər. Ona görə də bütün həyatları boyu bu travmalarla yaşayırlar".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB