Azərbaycanla Moldova arasında birbaşa aviareyslərin açılması müzakirə edilir
Azərbaycanla Moldova arasında birbaşa aviareyslərin açılması məsələsi müzakirə edilir.
SİA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, iki ölkə arasında siyasi və iqtisadi sahələrdə səmərəli əməkdaşlıq mövcuddur.
"Azərbaycan və Moldova arasında birbaşa aviareyslərin açılması bu əlaqələrin inkişafına mühüm dəstək verə bilər", - N.Popesku deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB