“Mobil notariat” əməliyyatların etibarlığının artırılmasına xidmət edəcək - İDARƏ RƏİSİ AÇIQLADI

“Mobil notariat” əməliyyatların etibarlığının artırılmasına xidmət edəcək - İDARƏ RƏİSİ AÇIQLADI

“Vətəndaşların ədliyyə xidmətlərinə əlçatanlığın artırılması, vaxtından və yerindən asılı olmadan peşəkar hüquqi yardım almaq imkanının təşkili məqsədilə 2019-cu ildən "Mobil notariat" tətbiqi uğurla istifadə olunur”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

Onun sözlərinə görə, artıq 200 mindən çox istifadəçisi olan bu mobil tətbiq vasitəsilə çoxsaylı notariat əməliyyatlarının daha asan, rahat və məsafədən həyata keçirilməsi yüksək vətəndaş məmnunluğu doğurur: “Bu istiqamətdə görülən tədbirlər çərçivəsində "PAŞA" Bankın onlayn bank platforması ilə “Mobil notariat” tətbiqinin inteqrasiyası həm məsafədən təqdim olunan bank məhsullarının dairəsinin xeyli genişləndirilməsinə, həm də bu əməliyyatların etibarlığının artırılmasına xidmət edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə