Yenilik bank-müştəri arasında sənədləşmə işlərini daha etibarlı edəcək - BAŞ DİREKTOR AÇIQLADI
Fevralın 9-da “PAŞA Bank” tərəfindən Ədliyyə Nazirliyi ilə birgə çoxsaylı kütləvi informasiya vasitələrinin iştirakı ilə yeni istifadəyə verilən innovativ xidmətin ictimai təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə “PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov çıxış edib.
Vüsal Xəlilov bildirib ki, bu texnoloji həll ilkin mərhələdə müştərilərlə imzalanmış Ümumi Şərtlər Toplusuna zəruri əlavə və düzəlişlərin edilməsi üçün tətbiq olunacaq: “Bu yenilik bank-müştəri arasında sənədləşmə işlərinin daha etibarlı və əlavə vaxt itkisi olmadan həyata keçirilməsini təmin edəcək”.
Müəllif: Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB