Bakı Nəqliyyat agentliyinin fəaliyyətsizliyi -CƏMİYYƏTİN BAXIŞI

Bakı Nəqliyyat agentliyinin fəaliyyətsizliyi -CƏMİYYƏTİN BAXIŞI

Prezident İlham Əliyev "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərman Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadə də olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi daşıyır. Fərmanla Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Mövzu ilə əlaqdar olaraq SİA şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb. Bəs gəlin görək bu məsələ ilə bağlı onaların təəssüratları nədir?

Şəhər sakini Ceyhun Cahidov: “Fikrimcə, nəqliyyatın icra hakimiyyətinin tabeliyinə verilməsi çox gözəl addımdı. Çünki nəqliyyatımızda bir çox problemlər var. Hansı ki, maşınları saxlamaq üçün dayanacaqlar çox azdı və avtobuslar elə olur ki, öz yerlərində saxlamırlar. Bunların da hər biri tıxaclara və problemin yaranmasına səbəb olur. Düşünürəm ki, icra hakimiyyəti bu kimi məsələlərə baxacaq. Çünki icra hakimiyyəti insanların qeydinə daha yaxşı qalır”.

Şəhər sakini Asif Məmmədov: “Mən hər səhər nəvəmi burada 7 nömrəli məktəbə gətirirəm. Yaşadığımız yer buradan uzaq olduğu üçün taksidən istifadə edirik. Həmişə demək olar ki, 1 saata və ya 1 saat yarıma gəlib çatırıq. Məncə nəqliyyatın icra hakimiyyətinin tabeliyinə verilməsi sevindirici haldı. Məncə yollar artıq boşalacaq və bizi narahat edən hallar aradan qaldırılacaq”.

Şəhər sakini Göyçək Əliyeva: “Mən gündəlik olaraq avtobuslardan istifadə edirəm. Məni ən çox narahat edən halavtobuslardakı sıxlıqdı. Çünki bilirsiz ki, xəstəlik baş alıb gedir, avtobusda da, hamı bir-birinin ağzının içinə girir. Mən bir müddət Türkiyədə yaşamışam amma bir dəfəbelə bir halla raştlaşmamşam. Onlarda hər bir avtobusun öz gəlmə saatı var və həmin saatlar plakatda qeyd olunub. Bizdə isə belə bir şey yoxdu. Bundan əlavə şəhərin mərkəzindən kənar ərazilərdə demək olar ki, avtobuslar çox az saydadı. Gələn avtobuslar isə çox gecikir bununda nəticəsində biz işdən qalırıq. Ümid edirəm ki, İcra hakimiyyəti bu kimi məsələlərə baxacaq. Ona ghörə ki, bu tək məni yox bütün xalqı narahat edir”.

Şəhər sakini Nəcməddin Bağırov: “Deyərdim ki, Bakının ən böyük nəqliyyat problemi tıxacdı. Bilirəm ki, gün ərzində müəyyən saatlar var ki, hamı həmin vaxtlar da, yaişə ya da, evə tələsir. Buna görə də, avtobuslarda və yollarda sıxlıq yaranır. Bu sıxlıq adamın əsəblərinə toxunur. Bu da ona əsas verir ki, nəqliyyatımız yaxşı deyildi. İnşaallah ki, yeni məcra da bu kimi problemlər həll olar”.

Şəhər sakini Rəşad Nuriyev: “Mənim şəxsi avtomobilim var. Yəni avtobuslardan və ya metrodan istifadə etmirəm. Ona görə hər hansısa bir problemlə qarşılaşmamışam. Maşınımı saxlamaq üçün yalnız pullu dayanacaqlardan istifadə edirəm”.

Şəhər sakini Səadət Məmmədova: “Harasa getmək üçün taksiylə ya da, övladlarımın maşınıyla gedirəm. Belə də, şəhərə yaxında yaşadığıma görə piyada gəzməyə üstünlük verirəm. Lakin yenə də nəqliyyatımızın icra hakimiyyətinə verilməsi yaxşı haldı. Amma onlar da mövcud problemi aradan qaldırmalıdılar".

Şəhər sakini Rəşad Nuriyev: “Mən nəqliyyatdan razı deyiləm. Çünki tələbəyəm və səhər saatlarında avtobuslar çox gec gəlir. Bundan da, təkcə mən yox bütün tələbələr əziyyət çəkir. Avtobus reyislərini çoxaltsalar daha yaxşı olar və bu problem aradan qalxar”.

Bütün xəbərlər Facebook səhifəmizdə