Ailədaxili münaqişələrə səbəb olan faktorlar nələrdir? - MARAQLI MƏQAMLAR - SOSİOLOQ AÇIQLADI
"Məhz müasir dövrdə yaşadığımız üçün ailədaxili münaqişələr artıb və artmaqdadır. Çünki son dövrlərdə tamamilə başqa bir həyat tərz, psixologiya formalaşdı". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
Onun sözlərinə görə, burada televiziyaların, mətbuatın çox böyük rolu var: "Sovet dövründən sonra televeziyalarda təbliğ olunanlara baxsaq, görərik ki, maddi həzzlərə, maddi əyləncələrə üstünlük verən reklamları görərik. Ümumiyyətlə kütləvi informasiya vasitələri birbaşa alt şüura təsir edir. Bildiyimiz kimi alt şüur insanın xarakterini müəyyənləşdirir. Orada yığılan informasiyalar, həyatda gördükləri, eşitdikləri insanı formalaşdırır. Burada əsasən 3 faktorun rolu var. Bunlar ailə, cəmiyyət və şəxsiyyətin öz xarakteridir. Bir insanın formalaşmasında bu 3 faktorun əsas rolu var. Bu gün yetişmiş bir gənclik var. Hamı görür ki, onların həyat tərzləri, dəyərləri başqadır. Min illərdir ki, formalaşdırmış dəyərləri onlar qəbul etmirlər. Onlar əsasən Avropadan, Qərbdən gələn dəyərləri qəbul edirlər. Bu gün gənclər maddi dəyərlərə üstünlük verirlər. Amma bəzi insanlar başa düşürlər ki, maddi dəyərlərlə heç bir insani xüsusiyyətlər əldə etmək olmaz. Bu gün biz faktiki olaraq ailə inustitunu dağıtdıq. Boşanmalarda biz artıq ilk üçlükdəyik. Biz min illərdir ki, xalqımızın gətirdiyi dəyərləri növbəti nəsilə ötürə bilmədik. Biz öz mədəniyyətimizi, ailə dəyərlərimizi, ümumilikdə bütün mənəvi dəyərlərimizi yeni nəslə ötürə bilmədik. Əksinə bizim əvəzimizə onları xarici rejissorlar, xarici kinolar tərbiyə etdi. Biz nəsillərarası əlaqəni itirdik".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB