Dünyanın enerji dəhlizi “Cənub Qaz Dəhlizi”

Dünyanın enerji dəhlizi “Cənub Qaz Dəhlizi”

Dünyanın qaz ehtiyatları baxımından Azərbaycan münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur.

Sovet ittifaqı dağıldıqdan sonra, SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi, neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salır. Yenicə müstəqillik əldə etmiş Azərbaycan 90-cı illərin əvvəllərində böyük maliyyə çətinlikləri ilə üzləşir. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş "Azəri", "Çıraq", "Günəşli" kimi yataqların işlənməsinə imkan vermirdi. Belə vəziyyətdə xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev "Neft Azərbaycanın milli sərvətidir" devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olur.

“1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”. Heydər Əliyev Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım olur. Ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi. Azərbaycan xalqının ümummilli lideri xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəlir və Onun, "Yeni neft strategiyası" tez bir vaxtda işlənib hazırlanır. O dövrdə Ulu Öndərin sərəncamı ilə Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlanılır.

“Zirvəyə gedən yol insan qəlbinin dərinliyindən keçir”.

Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev vətənimizin iqtisadi yüksəliş əldə edib zirvələrə yüksəlməsi üçün də, qəlbinin dərinliyindən gələn hisslərlə böyük tarixi tədbirlər görməyə başlayır. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, İlham Əliyev cənabları danışıqlar prosesinə cəlb edilir və O, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından olur.

1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə "Məhsulun Pay Bölgüsü" sazişi - "Əsrin müqaviləsi" imzalanır.

“Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir”. Heydər Əliyev

2022-ci ilin 4 fevral tarixində XXI əsrin ən böyük layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurası çərçivəsində Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya nazirlərinin VIII toplantısı keçirildi.

Prezident İlham Əliyev toplandıda çıxışında, Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələrin bir komanda olaraq effektli çalışıdığını bildirərək, Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasının bütün iştirakçı dövlətlərin nailiyyəti olduğunu qeyd etdi.

İcrasına, Dünyanın bütün aparıcı beynəlxalq maliyyə institutlarına öz töhfəsini vermiş Cənub Qaz Dəhlizi müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun dəyəri 33 milyard ABŞ dollarıdır.

Hal-hazırda Azərbaycanın qaz ehtiyyatları 2.6 trilyon kubmetrdir. Bu o deməkdir ki, vətənimiz Azərbaycan qarşıdan gələn 100 illiklərdə də, dünyanın əsas enerji mənbələrindən biri olaraq dahada inkişaf edəcəkdir və yüksəkliklərə ucalacaqdır!

Mürsəl Mürsəlov

Azərbaycan Republikası Səhiyyə Nazirliyi Sanator-Kurort reabilitasiya Mərkəzinin Baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə