XXI əsrin ilk illərində Azərbaycan neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsi idi. 2013- cü ilin dekabrında Azərbaycan təbii qazının Avropaya böyük həcmdə çıxarılması üçün müqavilə imzalandı. İlham Əliyevin “XXI əsrin müqaviləsi” adlandırdığı bu sənəd 2014-cü ildə əsası qoyulan Frans Anadolu (TANAP) və Frans Adrictik (TAP) qaz kəmərlərini reallığa çevirdi. Xəzərdən İtaliyaya doğru Avropanın enerji təhlükəsizıiyi üçün böyük əhəmiyyətə malik yeni “Cənub Qaz Dəhlizi”-nin çəkilməsi üçün imkan yaratdı. 2018-ci il iyunun 12-də Türkiyədə (Eskişehir) TANAP-ın açılış mərasimi keçirildi. 2020-ci ilin son günlərindən isə Azərbaycan qazının nəqlinə başlanıldı.
2022-ci ilin fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Bu toplantıda Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin tamamlanmasından sonra beynəkxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artdığı qeyd olundu. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Ən böyük qaz yataqlarımız “Şahdəniz”, ”Babək”, ”Ümid” və həmçinin ”Azəri-Çıraq-Günəşli” yataqlarıdır. Texnologiyalar sürətlə inkişaf etdikcə Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq.
Bu toplantıda eyni zamanda bərpa olunan enerji mənbələri haqqında da fikirləri irəli sürüldü. Energetika Nazirıiyi işğaldan azad edilmiş ərazilərlə əlaqədar “Yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir.
Ölkəmizin qaz yataqları böyük perspektivə malikdir. Hesablamalara görə Azərbaycanın qaz ehtiyatlarının həcmi 2.6 trilyon kubmetrə bərabərdir. Azərbaycandan Avropaya 2022-ci ildə 9 mlrd.kubmetr, 2023- cü ildə isə 11 mlrd kubmetr qaz ixrac ediləcək.
Beləliklə, “Cənub Qaz Dəhlizi”, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. Azərbaycan regionun eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir.
Səmayə Rzayeva
Xəzər rayonu H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB