“Maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub”.
SİA-nın verdiyi məlumata görə bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla bağlı müvafiq qanunvericilik aktları qısa müddətdə ölkə Prezidentinə təqdim olunacaq:“Artımlardan sonra staja görə pensiyaya çıxanların pensiya məbləği 360 manata, yaşa görə əmək pensiyasına çıxanların pensiya məbləğlərinin isə 385 manata çatacağı proqnozlaşdırılır”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB