“Pensiya yaşının azaldılması məsələsi gündəmdə deyil” - HİMALAY MƏMİŞOV

“Pensiya yaşının azaldılması məsələsi gündəmdə deyil” - HİMALAY MƏMİŞOV

"Hazırda Azərbaycanda pensiya yaşının azaldılması məsələsi gündəmdə deyil". SİA-nın verdiyi məlumata görə bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hətta pensiyaçılarımızın yaş həddi də həmin rəqəmin üzərindədir: “Bunlar nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması planlaşdırılmır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə