Yeni pensiya artımı ilə bağlı DSMF-də mətbuat konfransı keçirilib
Prezident İlham Əliyevin bu gün imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, fondun sədri Himalay Məmişov Prezident İlham Əliyevin sosial sahəyə, həssas qrupların rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısı nəticəsibdə pensiyaların da ardıcıl şəkildə artırıldığını vurğulayıb.
Onun sözlərinə görə, Dövıət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempi 3,4% olub. Yeni sərəncamla pensiyaların sığorta hissəsi də bu göstərici üzrə indeksləşdirilərək 2022-ci ilin 1 yanvar tarixindən artırılır.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB