Bu gün hər 10 gəncdən 7-si psixatr yanına gedir - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ
"Təbiidir ki, internetdən asılılığın yaranma səbəblərinin təməlində psixoloji faktlar dayanır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, psixoloji faktlar dedikdə insanların ruh və əhvalının təzahürünü, o cümlədən onun öyrənilməsi üçün cəlb olunacaq əxlaqi aktlar və cismani proseslər və bu kimi obyektiv formaları əhatə edən mənzərə nəzərdə tutulur. Bu gün internet asılılığı təbii ki, bir çox insanlarda, gənclərdə, tələbələrdə, yeni dünyaya göz açmış körpələrimizdə var. Bunun nəticəsində diqqət get-gedə zəifləyir. İnternet asılılığı insanı hər şeydən təcrid edir.
Amma insan düşdüyü mühitə daha tez öyrəşir. Düşdüyü mühitin içərisində insan düşüncələrini artırmağa başlayır. Biz sanki bütün bunları bir növ özümüzdən uzaqlaşdıraraq robotlaşmış həyata daha çox üstünlük veririk. Bundan əlavə internet asılılığı yuxusuzluğa da səbəb olur. Çünki yuxunun gələn vaxtı mobil telefondan istifadə etmək şüaları artırır. Bundan əlavə yuxu rejimini pozur. Ona görə də bu gün gənclər arasında psixoloji problemlərin yaranması həddindən artıq çoxalıb. Demək olar ki, hər 10 gəncdən 7-si psixatr yanına gedir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB