Əhval-ruhiyyəni qaldıran qidalar hansılardır? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

Əhval-ruhiyyəni qaldıran qidalar hansılardır? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

"Təzə və mövsümi meyvə-tərəvəzlərdə olan antioksidanlar sayəsində depressiya və digər əhval pozğunluqları aradan qaldırılır. Eyni zamanda qidalanma məsələsində diqqət etməli olduğumuz məqamlardan biri də Omeqa 3 miqdarıdır". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, insan orqanizmində Omeqa 3-ün miqdarı aşağı olanda insanda ruhi xəstəliklərin, əhval pozğunluqlarının yaranmasına gətirib çıxardır: "Bildiyimiz kimi Omeqa 3 yağ turşusu əvəzolunmazdır. Yəni bədənimiz bu yağ turşusunu istehsal edə bilmir. Buna görə də biz bu yağ turşusunu müəyyən qidalar vasitəsilə əldə etməliyik. Bu qidalara yumurta, balıq, zeytun yağı ilə hazırlanmış salatlar aid ola bilər. Bundan əlavə Omeqa 3 beynin hüceyrə membranının axıcılığına kömək edir. Bu baxımdan Omeqa 3 miqdarının orqanizmdə olması vacibdir. Bundan əlavə əhval-ruhiyyəni yaxşılaşdıran qidalardan biri də quru meyvələrdir. Quru meyvələr həm bitki zülalıdır, həm tərkibində sağlam yağlar var, həm də lif baxımından çox zəngindir. Bundan əlavə quru meyvələr əhval-ruhiyyəni artıran, seratonini istehsal edən triptofanla zəngindir. Triptofan əsasən quru meyvələrdə daha çoxdur. Triptofan həmçinin mərcidə, lobyada, və digər məhsullarda da var. Təbii ki, bunlar da insan əhval-ruhiyyəsini qaldıran, bitki zülallarla, yağlarla zəngindir. Ümumiyyətlə quru meyvələr və quru paxlalılar insanın əhval-ruhiyyəsini qaldırmasında köməkçi rol oynayır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə