Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib ki, hazırda Azərbaycandan Ermənistana qayıdan 8 hərbi əsir dindirilir. SİA erməni mətbuatına istinadən xəbər verir ki, repatriasiya edilən məhbuslar Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsindədir.
Ermənistan tərəfinin açıqlamasında deyilir ki, fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüş nəticəsində Fransa Prezidentinin və Avropa İttifaqı Şurasının rəhbərinin vasitəçiliyi ilə 8 erməni hərbi əsir vətəninə qaytarılıb.
Ermənistan Xarici İşlər Nazirliyi geri qaytarılan 8 hərbçinin adlarını açıqlayıb:
Tarazyan Sarkis
Balayan Vardges
Petrosyan Armen
Babayan Artur
Sarkisyan Hmayak
Qaloyan Suren
Kyuregyan Qriqor
Maloyan Vaqarşak.
Geri dönən dörd hərbi əsir Şirak bölgəsindəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB