Mədə problemi olanlar bu tərəvəzlərdən uzaq durmalıdır - DİQQƏT! - AİB SƏDRİ AÇIQLADI

Mədə problemi olanlar bu tərəvəzlərdən uzaq durmalıdır - DİQQƏT! - AİB SƏDRİ AÇIQLADI

"Ümumiyyətlə mədə problemi olan insanlar pomidordan uzaq durmalıdırlar. Xüsusən qastrid, bağırsaqlarda problemi olan insanlar pomidordan uzaq olmalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, qış fəslində pomidoru mümkün qədər az istehlak etmək lazımdır: "Qeyd edək ki, pomidorlar hazırda ümumiyyətlə ilin əksər fəsillərində isti hava şəraitində istehsal olunur. Pomidorun istehsal prosesində çoxsaylı kimyəvi maddələrdən istifadə olunur. Əlbəttə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi mümkün qədər bu məsələləri izləyir. Lakin izləmə sistemi kifayət qədər mükəmməl deyil. İlk növbədə pomidor istehsalçıları öz məsuliyyətlərini dərk etməli və xarici bazara çıxartmaq üçün pomidorları təhlükəsiz şəkildə istehsal etməlidirlər. Digər məhsullar kimi pomidoru da kimyəvi qatqısı olmadan istehsal etmək mümkün deyil. Ümumiyyətlə santin normaları var. Lakin bu normalarda qeyd olunmur ki, nə qədər bu məhsuldan istehlak etsələr, insan zəhərlənə bilər. 21-ci əsr bazar iqtisadiyyatının inkişaf etdiyi bir əsrdir. Hazırda dünyanın heç bir yerində insan sağlamlığı əsas götürülmür. Belə bir şəraitdə kimyəvi qatqılarla dolu olan məhsulu həddindən artıq istehlak edərsə, insan komaya düşə bilər. Əlbəttə ki, müəyyən tədqiqatlar olsa da bu açıq şəkildə deyilmir. Belə bir şəraitdə insanlar qidalarına daha diqqətli yanaşmalıdırlar".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə