Cavanşir Feyziyevlə eyni təşkilatda qalmaq mənə uyğun deyil - BAŞ REDAKTOR SİA-YA DANIŞDI
"Mətbuat Şurasının İdarə Heyətindən çıxmağım məlumdur". Bu sözləri SİA-ya açıqlamasında "Bizim yol" qəzetinin Bahəddin Həzi deyib.
Bahəddin Həzi sözlərinə davam edərək qeyd edib ki, millət vəkili Cavanşir Feyziyevin jurnalistlərlə bağlı statusu və bizim ünvanımıza qarşı işlətdiyi təhqiramiz ifadələrindən, ittihamedici açıqlamalarından sonra bu hadisəyə etiraz olaraq Mətbuat Şurasının İdarə Heyətindən istefa verdim: "Mətbuat Şurasının İdarə Heyətində də Cavanşir Feyziyev təmsil olunurdu. Düşünürəm ki, belə bir adamla eyni təşkilatda bir yerdə qalmaq mənə uyğun deyil. Ona görə də, öz istəyimlə vəzifəmdən istefa verdim. Biz öz işimizdə -gücümüzdəyik. Mətbuat Şurasında təmsil olunan insanların hərəsinin öz işi var. Bildiyimiz kimi Mətbuat Şurası ictimai təşkilatdır. Biz burada normal gündəlik fəaliyyətimizi davam etdiririk".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB