Mübariz İbrahimov gənclərimizin and yerinə çevrilib - MİLLƏT VƏKİLİ AÇIQLADI

“Milli Qəhrəman Mübariz İbrahimova və onun timsalında şəhidlərimizə Allahdan rəhmət diləyirəm”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, onların xatirəsi millətimiz və dövlətimiz durduqca daima yaşayacaq: “Mübariz İbrahimovun qəhrəmanlığı bütün vətənini və millətini sevən Azərbaycan gəncliyinin nümunəsidir. O, tək başına bir neçə saat ərzində düşmənlə döyüşmüş və qəhrəmancasına həlak olmuşdur. Mübariz İbrahimovun itkisi bütün xalqı sarsıtdı. Belə bir qəhrəmanımızın cəsəti Ermənistan tərəfində qalmış və uzun bir müddətdən sonra onlar bizə cəsarətli oğlumuzun cəsətini vermişdilər. Mübariz İbrahimov cənab Prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman Fəxri adına layiq görülmüşdü. O, öz dəyanəti, qeyrəti və vətən sevgisi ilə hər zaman gənclərimizin and yerinə çevrilib”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə