Əməkdar jurnalist, publisist, prezident təqaüdçüsü, “Şöhrət” ordenli Qalina Mikeladze vəfat edib.
SİA xəbər verir ki, Qalina Mikeladze mədəniyyət xadimləri, məşhur siyasətçi, maarifçi və xeyriyyəçilər, tariximizdə iz qoymuş görkəmli qadınlar haqqında neçə-neçə məqalə, araşdırma və essenin, 20-dən artıq kitabın müəllifi olub.
Qeyd edək ki, 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Q.Mikeladze “Şöhrət” ordeni ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB