Dördüncü sənaye inqilabı artıq reallıqdır!

Dördüncü sənaye inqilabı artıq reallıqdır!

Zaman keçdikcə insanlar yeni texnologiyalar mənimsəyir və bu da sənaye çevrilişinə- inqilaba səbəb olur. 21- ci əsrdə dünyanın inkişaf etmiş ölkələrində Dördüncü Sənaye İnqilabının baş verdiyi şəraitdə Azərbaycanın bu yenilikləri tətbiq etməsi zərurət təşkil edir.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri, 6 yanvar 2021-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında barədə fərman vermişdi.

2021-ci ilin 1 aprel tarixindən fəaliyyətə başlayacaq 4SİM Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılmasının əsası 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. 4SİM Afilə edilmiş Azərbaycan Mərkəzi MDB məkanında yaradılan ilk mərkəzdir.

Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə verilən bu fərman “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” və Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək məqsədilə beş üzvdən ibarət Müşahidə Şurası yaradılmışdı. Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görülmüşdür.

Azərbaycanda elektronlaşma, rəqəmsallaşma, elmi-texniki tərrəqidə sürətli nailiyyətlərə nail olmaq məqsədilə önəmli addımlar atılıb; ölkədə dövlət idarəetmə sisteminin, demək olar ki, bütün sahələri elektronlaşdırılıb, Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq planı gündəmə qoyulub.

Qlobal rəqabətin kəskinləşməsi şəraitində iri şirkətlər ekstremal şəraitdə çevik reaksiya göstərmək üçün yüksək texnologiyaların inkişafına investiyalar cəlb etməyə başlamışlar. Nəticə olaraq elmi tədqiqat işlərinin sürətlənməsi müşahidə edilir. Dördüncü Sənaye İnqilabındakı bütün proseslər qlobal idarəetmə sistemində birləşir. Qlobal idarəetmə sistemində ən önəmli rolu isə “data science” oynayır”.

Rəqəmsal dövrdə əhəmiyyətli inkişafa nail olmağın, dördüncü sənaye inqilabı dövründə geri qalmamağın yollarından digəri isə ölkəmizdə biznes və tətbiqi elm arasında əməkdaşlığın gücləndirilməsi, innovasiya məkanlarının yaradılması, Universitetlərin gələcəyin texnoloji inkişafını irəli aparmağa qadir olan mütəxəssislər yetişdirməsi, eləcə də dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

Dördüncü Sənaye İnqilabının Azərbaycanda sürətlə yayılması fonunda məktəblərimiz son illərdə rəqəmsal texnologiyalardan fəalr şəkildə istifadə edir: sinif otaqları kompüterləşdirilib, sürətli internetdən yararlanırıq, electron jurnallar artıq bir çox məktəblərdə tətbiq olunur, STEAM dərsləri tədris olunur. Dördüncü Sənaye İnqilabının dövründə həm yaşlı, həm də gənc nəsil yenilikləri tətbiq etməklə onlardan faydalanmağı bacarmalıdır.Biz müəllimlər yeni nəsli informasiya texnologiyalarının yenilikləri ilə tanış etməklə, onları gələcəkdə Vətənimiz üçün savadlı kadrlar kimi hazırlamalıyıq!.

Şəfiqə Yaqublu

Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə