"Əbu-Bəkr" məscidində bərpa-gücləndirmə işləri aparılır - FOTOLAR
Ötən ilin sonlarından Nərimanov rayonu, Ülvi Bünyadzadə küç, 766-cı məhəllə ünvanında yerləşən “Əbu-Bəkr" məscidində bərpa-gücləndirmə işləri aparılır. Bakı Şəhəri İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, məscid kəskin qəzalı vəziyyətdə olduğundan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən burada bərpa-gücləndirmə işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıq verilib.
Qeyd olunub ki, BŞİH-nin "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən burada təmir işlərinə başlanılıb. Ərazidə aparılan mühəndis-geoloji işlər və ilkin araşdırmalar zamanı müəyyən olunub ki, məscidin tikintisi zamanı ciddi konstruktiv səhvlərə yol verilib, burada tikinti normalarına riayət edilmədiyindən məscidin binası və minarələrinin biri kəskin qəzalı vəziyyətə düşüb. Bununla əlaqədar məsciddə bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədləri hazırlanıb, qəzalı minarə sökülüb və artıq yenilayihə əsasında işlər aparılır.
Rekonstruksiya olunan məscidin yeni layihəsinin müəllifi tanınmış memar Ədalət Məmmədovdur.
Qeyd edək ki, Əbu Bəkr məscidi 1997-ci ildə Bakıda fəaliyyətə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB